Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Akif Çovdarovla bağlı qərardan protest verildi

Akif Çovdarovla bağlı qərardan protest verildi

Akif Çovdarovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərardan protest verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissədə Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …