Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Akif Çovdarova quldurluq ittihamı ilə cəza verilməyib

Akif Çovdarova quldurluq ittihamı ilə cəza verilməyib

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin başa çatan cinayət işi üzrə yeni məqam məlum olub.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun elan etdiyi hökmdə adıçəkilən şəxslərin quldurluq əməli törətmədiyi qənaətinə gəlinib.

Belə ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri işdən çıxarılıb.

Amma həmin maddələr üzrə adıçəkilən şəxslərə bəraət verilməsi yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib.

Məlumata görə, sadəcə hökmdə bu maddələr üzrə cəza verilməyib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılırdı.

Məhkəmənin hökmü ilə A.Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …