Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Kriminal / Akif Çovdarov və Səlim Məmmədov yenidən məhkəmə qarşısında

Akif Çovdarov və Səlim Məmmədov yenidən məhkəmə qarşısında

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin İdarənin keçmiş işçisi polkovnik Səlim Məmmədov əmlakları üzərinə qoyulan həbsin götürülməsi tələbi ilə bağlı kassasiya şikayəti veriblər.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək məhkəmə prosesi oktyabrın 20-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: S.Məmmhər iki şəxs 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onların əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə A.Çovdarov 2020-ci ildə, S.Məmmədov isə bu ilin mayında azadlığa buraxılıb.

Həmçinin oxuyun

Həbsdəki keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb. Cəzaçəkmə müəssisəsində ürəyində problem …