Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Akademik Aqil Əliyevin şirkətini ələ keçirməyə çalışan İlham Məmmədovun daha bir cinayət əməlinin TƏFƏRRÜATI

Akademik Aqil Əliyevin şirkətini ələ keçirməyə çalışan İlham Məmmədovun daha bir cinayət əməlinin TƏFƏRRÜATI

Akademik Aqil Əlirza oğlu Əliyevin oğlu İlqar Əliyevin şəriki olmuş İlham Məmmədovun daha bir cinayət əməlinin təfərrüatı məlum olub. İlham Məmmədovun cinayət əməlini sübut edən məhkəmə qərardadı da var. Amma bu qərardadı icra edən yoxdur.

Uzun illər İlqar Əliyevin şəriki olmuş İlham Məmmədov indi onun əmlaklarına qarşı iddialar qaldırıb. İlham Məmmədov həmçinin digər şərik Şahbaz Şahbazovla da mülk davasına çıxıb. Maraqlıdır ki, bir zamanlar şərik olan İlqar Əliyev, İlham Məmmədov və Şahbaz Şahbazov üçlüyünün arasında əmlaka görə heç bir mübahisə olmayıb. Bütün problemlər ilk olaraq İlham Məmmədovun Şahbaz Şahbazovu sıradan çıxarmağa başlaması ilə start götürüb. İlham Məmmdov əvvəlcə İlqar Əliyevi inandırıb ki, şərik olduqları Şahbaz Şahbazov onları aldadır. İlqar Əliyevi buna inandırmağı bacaran İlham Məmmədov prezidentin əmisi oğlu olan İlqar Əliyevin nüfuzundan istifadə edərək Şahbaz Şahbazovu “bitirməyə” başlayıb. Şahbaz Şahbazovun şirkətlərdəki paylarına qarşı iddialar qaldırıb. Bütün bunları da İlqar Əliyevin ona verdiyi etibarnamələr əsasında edib.

Bu cür qanunsuz əməllər sırasında “Nigar” klinikasının ələ keçirilməsini də saymaq olar. Klinikanın zorla ələ keçirilməsi 2016-cı ildə baş verib.

Nizami rayonu, Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən “Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olunub. Onlar xəstəxanaya soxularaq həkimləri, müalicə üçün qəbula gələnləri zorla küçəyə çıxarıblar. Xəstəxananın qapılarını qıraraq bütün mühasibat və bank sənədləri, möhür, hətta xəstəlik tarixçələri belə götürülüb, kompüterlər sıradan çıxarılıb.

“Nigar” klinikasının təsisçisi, iş adamı Şahbaz Şahbazov bunu edənin İlham Məmmədov olduğunu deyir. Elə İlham Məmmədov da nümayişkaranə şəkildə bunu etdiyini etiraf edir. Deyir ki, mən bura girmişəmsə, çıxaram?

Şahbaz Şahbazov bildirir ki, İlham Məmmədovla bir neçə ortaq şirkətləri olub. İlham Məmmədov adı çəkilən xəstəxananın da 33% ortaqlığını tələb edib. Ş.Şahbazovun razılaşmadığını gördükdə, bu addımı atıb.

Həmin zaman İlham Məmmədov klinikaya “Riyad Mühafizə” şirkətinin idmançıları ilə daxil olmuşdu. Bu şirkət prezidentin əmisioğlu İlqar Əliyevin oğlu Riyad Əliyevin adını daşıyır. İlham Məmmədov Əliyevlərin nüfuzundan istifadə edərək bu klinikanı da ələ keçirib.

ff8f0286-a9e8-4e2d-b66c-081701cb8f53.jpg (422 KB)

Həmin zaman İlham Məmmədovla İlqar Əliyevin münasibətləri normal idi və o zaman İlqar Əliyev Şahbaz Şahbazovun onları aldatdığını düşünürdü.

Nizami Rayon Məhkəməsi “Nigar” klinikasına basqın edən şəxslərin xəstəxanadan çıxarılması ilə bağlı qərardad çıxarıb. Amma uzun illər keçməsinə baxmayaraq icra olunmur. Maraqlıdır ki, İlham Məmmədov həmin klinikaya polis və prokurorluq əməkdaşları ilə birlikdə gəldiyini deyir. Amma kamera görüntüləri və xəstəxanadan çıxarılan şəxslər tam əksini söyləyir. Deyirlər ki, onları klinikadan qolgücünə “Riyad Mühafizə”nin idmançıları çıxarıb.

“İlham Məmmədovla 1998-ci ildən ortaqlığımız var, birlikdə bir neçə şirkət açmışıq. Bir müddət normal işləsək də, sonradan İ.Məmmədov mənə məxsus olan payı ələ keçirməyə başladı. Birlikdə açdığımız “Riyad Farm” şirkətini batırdı. İki ilə yaxındır ki, məni təqib edir. Ortaq olduğum şirkətlərdən bir ildir ki, 1 manat da olsun qazanc əldə etməmişəm. “Nigar” klinikasının isə ona heç bir aidiyyəti yoxdur. Bu klinikanı başqa bir ortağımla şərik açmışıq. Lakin klinikanın bir hissəsini ələ keçirmək istəyən İlham Məmmədov, onun əlaltısı İlham Qurbanov və onlara məxsus “Riyad” mühafizə şirkətinin qoçuları ilə birlikdə bizi işləməyə qoymur, ailəmə fiziki zor tətbiq edir. Noyabrın 5-də “Riyad” mühafizə şirkətinin 40-50 qoçusu xəstəxanamıza basqın edib, o vaxtdan bizi klinikamıza yaxınlaşmağa qoymurlar. Lisenziyalı şirkətin fəaliyyəti iflic olub. Xəstəxananın 70-ə yaxın işçisi küçəyə atılıb və maaşsız qalıb”- Şahbaz Şahbazov həmin hadisə barədə danışarkən əlavə edib.

Ş.Şahbazovun sözlərinə görə, həyat yoldaşı, “Nigar” klinikasında həkim işləyən Arzu Şahbazova həmin qoçular tərəfindən döyülüb. Buna səbəb isə A.Şahbazovanın həyat yoldaşının şərikli açdığı “Azintroil” MMC, “Vicdan 1″MMC və digər tikinti və ticarət obyektlərindən özlərinə çatacaq gəliri tələb etməsi olub.

Yuxarıda qeyd etdiyimiz kimi, mülk davaları başlayanda İlqar Əliyev İlham Məmmədovun sözünə inanıb ki, həqiqətən də Şahbaz Şahbazov şərikləri aldadıb. Amma bir neçə il sonra İlham Məmmədovun əsl niyyəti üzə çıxıb. Məlum olub ki, onlar üç nəfər şərik olsalar da İlham Məmmədov Şahbaz Şahbazovdan zorla aldığı əmlakları öz adına keçirib. Bu azmış kimi İlqar Əliyevin də əmlaklarını ələ keçirməyə başlayıb. İlqar əliyevə o da məlum olub ki, İlham Məmmədovun Şahbaz Şahbazovla bağlı ona verdiyi məlumatlar yanlış imiş.

490810.jpg (68 KB)

İşin diqqət çəkən tərəflərindən biri də budur ki, bir zamanlar Aqil Əliyevin yanında özünə sığınacaq tapan İlham Məmmədov indi Əliyevlərə məxsus əmlakları ələ keçirmək istəyir. Bildirir ki, bütün bu işləri öz investisiyası hesabına qurub. Vaxtilə akademik Aqil Əliyev tərəfindən yaradılan “Azinteroil” şirkətinə də sahiblənmək istəyən İlham Məmmədov bu məqsədləri üçün Riyad Əliyevdən istifadə edir.

İlham Məmmədovun Musavat.com-a daxil olan sensasion səs yazılarında ölkə rəhbərliyinin adını çəkərək ayrı-ayrı şəxslərə hədə-qorxu gəldiyi də məlum olur. Həmin səs yazılarında “mənim hər kvadratmetrimə dövlət qarant verir” deyərək İlqar Əliyevin ətrafında olan insanları qorxutmağa çalışır. Hətta daha da irəli gedərək ölkə başçısının da adını çəkir və bu məsələlərdən onun da xəbəri olduğunu söyləyir.

Bundan başqa, İlham Məmmədov daha əvvəl İlqar Əliyevin xanımı Solmaz Əliyevanın adına keçirilən əmlaka qarşı da iddia qaldırıb. Həmin əmlakla bağlı maliyyə arayışı Solmaz Əliyevaya təqdim edilsə də, İlham Məmmədov bununla razılaşmır. Öz imzası ilə həmin əmlaka borcun olmadığını təsdiq edən İlham Məmmədov uzun illər keçəndən sonra başqa fikirə düşüb. Deyir ki, maliyyə arayışı verilsə də, pul kassaya ödənməyib…

490810_02.jpg (34 KB)

Akademikin nəvəsi Riyad Əliyev isə məhkəməyə müraciət edərək bildirir ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər həmin əmlaklar vasitəsilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.

Qeyd edək ki, mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.

Şahbaz Şahbazov barəsində cinayət işi açılıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə DTX tərəfindən saxlanılmış, daha sonra azadlığa buraxılmışdı.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …