Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Ailəsində problem yarandı, özünü dənizə atdı

Ailəsində problem yarandı, özünü dənizə atdı

Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində intiharın qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 4-də saat 16 radələrində qeydə alınıb. 

Qəsəbə ərazisində dənizə girən şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən sudan çıxarılıb.

Araşdırmalarla onun Binə qəsəbə sakini Ə.Hacıyev olduğu, ailə münaqişəsi zəminində özünü dənizə atmağa cəhd etməsi müəyyən edilib.

Araşdırma aparılır.

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …