Ana səhifə / Kriminal / Ailə büdcəsini necə planlaşdırmalı?

Ailə büdcəsini necə planlaşdırmalı?

İqtisadçı alim Qubad İbadoğlu ölkəmizin iqtisadi durumuna aid düşüncələrinin bir hissəsinin növbəti dəfə sosial şəbəkədəki səhifəsində izləyiciləri ilə paylaşıb. Musavat.com Q.İbadoğlunun yazdığı məqaləni təqdim edir:

“Azərbaycanın hazırkı durumunun və gələcək düzəninin daha çox ölkə iqtisadiyyatında baş verən proseslərdən asılı olacağı artıq nəinki iqtisadçılarda, hətta sıravi adamlar da şübhə doğurmur. Son zamanlar manatın dəyərsizləşməsi, xususilə də ərzaq qiymətlərinin bahalaşması, valyuta ehtiyatlarının azalması və sair istiqamətlərdə qərarlaşmış digər neqativ tendensiyalar xalqının böyük əksəriyyətinin güzəranını pisləşdirir. Bu proseslərin nəticəsində bəziləri bizneslərini, digərləri işlərini itirir, çoxları eyni qazanca malik olsa da əvvəlki kimi xərclərini qarşılaya bilmir və beləliklə də bütün bunların nədən baş verməsi, həmçinin gələcəkdə belə təhlükələrin necə dəf edilməsi getdikcə daha çox adamın maraq dairəsinə daxil olur. Gündən günə sosiallaşan təbəqə üçün pulu qazanmaqla müqayisədə onu necə xərcləmək önə keçir. Çünki, insanların həyat səviyyəsi onların qazancının məbləğindən birbaşa asılı deyildir. Belə olsa idi, yəqin ki, eyni məvacibə malik olanların həyat səviyyəsi arasında fərq tapmaq da çətin olardı. Odur ki, problemin həllini yaşayışın qazanca daha yaxşı uyğunlaşdırılmasında axtarmaq lazımdır. Xüsusilə də dinamik inkişaf edən və tez-tez böhranlarla üzləşən iqtisadiyyatda qazanılmış vəsaitin necə səmərəli istifadəsi daha aktualdır.

Hazırda Azərbaycan iqtisadiyyatında müşahidə olunan tendensiyalar hər bir insanda müəyyən narahatlıqlar yaratmaqdadır. Artıq son vaxtlar qazancından asılı olmayaraq bir çox adamların iqtisadçı məsləhətinə ehtiyacı artmaga başlayıb, onları maraqlandıran sualların arasında pulu hansı bankda və valyutada saxlamalı, onu harda və necə xərcləməli və sair bu kimi günün gerçəkliklərini özündə əks etdirənlər üstünlük təşkil edir. Bu sualların bəzilərinin cavabı daha çox mövcud vəziyyətin təhlilindən irəli gələn nəticələrlə əsaslansada, digərlərini cavablandırmaq üçün sadəcə iqtisadi qanunauyğunlara söykənmək tələb olunur. Odur ki, ailə və şəxsi büdcənin planlaşdırılmasından, gəlirlərlə xərclər arasında tarazlığın qorunmasından və qənaət rejimində büdcə qərarların qəbulundan bəhs edən bəzi məsləhətlərimi bu gündən başlayaraq dəyərli FB oxucuları ilə bölüşürəm.

Təbii ki, daha çox qazanmaq, zəngin yaşamaq hamı üçün arzuolunadır. Lakin qazancının məbləğindən asılı olmayaraq, siz öz büdcənizi düzgün planlaşdırılmaq üçün xərclərinizin qeydiyyatını aparmalısınız. Bundan çəkinməyə dəyməz. Nədənsə bizlər vəsaitlərin uçotunu aparmağı özümüzə rəva bilmirik. Biz həmişə fikirləşirik ki, pulları saymaq və yığmaq yalnız Hacı Qara kimi xəsis, simic adamların işidir.
Ailə büdcəsinin planlaşdırılması üsulları:

1. Hamıdan qabliyyətinə görə- hər kəsə tələbatına görə!

Bu üsulun məqzi belədir ki, ailənin bütün üzvlərinin gəlirləri bir “xəzinəyə” yığılır və ay ərzində ailənin ümumi, üzvlərin isə şəxsi xərcləri bu “xəzinəyə”dan götürülərək ödənilir. Bir tərəfdən bu metod imkan verir ki, bütün gəlirlər bir yerdə toplansın, lakin digər tərəfdən də bu müxtəlif manipulyasiyalara imkan verir.
Bu üsulun başlıca çatışmazlığı ondan ibarətdir ki, əgər ailə üzvlərinin gəlirləri kəskin fərqlənirsə, bu aylıq maaşı az olan üzvlərin məvaciblərini artırmağa səy göstərməməsinə gətirib çıxarır. Bir sözlə, bu cür “sosialist”cəsinə büdcə planlaşdırması o qədər də uduşlu deyildir. Ümumiyyətlə bu büdcənin planlaşdırlması deyil, daha çox vəsaitlərin xərclənməsi metodudur.

2. Ailə xəzinəsi

Bu daha mütərəqqi üsuldur. Bu üsulla ailənin cəmi xərcləri iki hissəyə bölünür: ümumi və şəxsi. Belə ki, ailə üzvləri xəzinəyə eyni məbləğdə (yada eyni ümumi məbləğin %-ı qədər) vəsait qoyur. Bu ailənin ümumi xərclərinə (kommunal ödənişlər, qida xərcləri və s.) yönəldilir. Burda əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir.
Bu üsulun başlıca çatışmazlığı ondan ibarətdir ki, əgər xəzindəki pul ay başa çatmamış xərclənib qurtararsa, bu halda vəziyyətdən çıxış üçün ya hər bir üzv əlavə vəsait qoymalı, ya da ki, hərə öz tələbatını fərdi qaydada ödəməlidir.

3. Zərflər

Belə də bir variant var. Ailə üzvləri bir neçə zərfin üzərində “ərzaq”, “kommunal xərclər”, “nəqliyyat xərcləri” və s. yazır. Sonra izə hər bir ailə üzvü zərflərə eyni məbləğdə pullar qoyur və yerdə qalan pulları şəxsi büdcəsində saxlayırlar.
Bu üsulun başlıca çatışmazlığı ondan ibarətdir ki, ailə üzvlərindən məvacibi az olanların vəsaiti tez tükənir və onun şəxsi büdcəsi üçün vəsait qalmır”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın