Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Ağsuda şagird məktəbin bufetində qidadan zəhərlənib

Ağsuda şagird məktəbin bufetində qidadan zəhərlənib

Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …