Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Ağsuda oğurlanaraq təcavüzə məruz qalan müəlimə DANIŞDI: – “Mütəxəssis təyin edildim”

Ağsuda oğurlanaraq təcavüzə məruz qalan müəlimə DANIŞDI: – “Mütəxəssis təyin edildim”

Ağsu rayonunun Nuran kəndində oğurlanan müəllimə Rəna Rəfiyeva (ad şərtidir) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən işlə təmin olunub.

Azinforum.az xəbər verir ki, bu barədə Teleqraf.com-a açıqlamasında müəllimə özü deyib.

Onun sözlərinə görə, baş verən hadisədən sonra Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib: “Nazirlik mənə Qəbələ rayonunda 2 yerdə iş təklif etdi. Ərazi uzaq olduğu üçün razılaşmadım. Çünki mən kəndimizdə və ya rayonun özündə iş istəmişdim ki, rahat gedib-gələ bilim. Onların mənə təklif etdiyi yer isə uzaq idi. Mən həmin kəndlərdə qalmalı idim. Həm də iş saatım az idi. Onun üçün imtina etdim”.

Rəna Rəfiyeva bildirib ki, Hicran Hüseynova onun işlə təmin olunmasına göstəriş verib: “Komitə sədri ilə Ağsu rayonunda görüşdüm və iş üçün müraciət etdim. Hicran xanımın göstərişi ilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində sosial iş üzrə mütəxəssis təyin edildim”.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində müəllimə Rəna Rəfiyeva oğurlanaraq cinsi təcavüzə məruz qalıb.

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …