Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Kriminal / Ağsuda ikinci ərindən ayrılan qadın ÖZÜNÜ ASDI

Ağsuda ikinci ərindən ayrılan qadın ÖZÜNÜ ASDI

Ağsu rayonunda intihar hadisəsi baş verib.

Azinforum.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bənəcik kəndində qeydə alınıb.

Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanlı gənc qız asılmış vəziyyətdə

Rusiya Federasiyasının İnquşetiya Respublikasının Nazran şəhərində mağazaların birində asılmış vəziyyətdə olan qız meyiti tapılıb. Virtualaz.org rus …