Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Ağdaşda iyrənc cinayət – 15 yaşlı qıza təcavüz etdi və…

Ağdaşda iyrənc cinayət – 15 yaşlı qıza təcavüz etdi və…

Ağdaş rayonunda 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan şəxsə cinayət işi açılıb.

Ağdaş rayon sakini Pərvin Ramis oğlu Rasulovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Pərvin Rasulov rayon ərazisində bir qıza təcavüz edib, onunla cinsi əlaqədə olub.

Pərvin Rasulovun barəsində toplanan cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nizam Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə olacaq. (teleqraf.com)

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …