Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Ağdamda DƏHŞƏT: Ana 10 aylıq körpəsini boğub öldürdü

Ağdamda DƏHŞƏT: Ana 10 aylıq körpəsini boğub öldürdü

Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Unikal.org xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib. 

Məhləmənin baxış iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qərvənd kəndində müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 27 yaşlı Günel İsmayılova həyat yoldaşı Ramil Ramiz oğlu İsmayılovla dalaşıb, bundan sonra 10 aylıq yeganə övladını boğaraq qətlə yetirib.

O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 120.2.9-cü təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib.

Məlumata görə, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub və ailədə tez-tez münaqişələr baş verib. Boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb. Öldürülən uşaq ailənin tək övladı olub.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …