Bazar , Yanvar 23 2022
Ana səhifə / Kriminal / “Ağdam bandası” iş adamının qızını niyə öldürüb?

“Ağdam bandası” iş adamının qızını niyə öldürüb?

Ali Məhkəmə 2016-cı ildə həbs edilən və “Ağdam bandası” kimi tanınan dəstənin başçısı Murad Məmmədov barədə yekun qərar çıxarıb.

Onun barəsində verilmiş kassasiya şikayəti təmin olunmayıb.

Məhkəmədə məlum olub ki, M.Məmmədov 2005-ci ildən Rusiyada ayrı-ayrı şəxslərə qarşı basqın etmək məqsədi ilə silahlı qrup təşkil edib. Qruplaşma öz silahlarını Sankt-Peterburqda yerləşən “Ağdam” restoranında saxlayıb. Qrup üzvləri törədəcəkləri cinayətləri də məhz həmin restoranda planlaşdırıblar.

2007-ci il noyabrında Murad Məmmədov tərəfindən hazırlanan plana əsasən, “Ağdam bandası” Sankt-Peterburqda yaşayan azərbaycanlı iş adamı Qafar Kərimovun qızını öldürüb. Belə ki, M.Məmmədov ərzaq satışı şəbəkəsinin sahibi olan Q.Kərimova ona himayədarlıq etmək üçüb 10 000 rubl verməsini tələb edib. İş adamı buna etiraz etdiyindən banda əvvəlcə Qafar Kərimova məxsus “Mercedes” markalı maşını yandırıb.

Bundan sonra banda rəhbəri niyyətinin ciddi olduğunu göstərmək üçün Q.Kərimovun qızına qarşı da sui-qəsd təşkil edib. Banda üzvləri cinayəti planlayıb Rumiyə Kərimovanın evinin önünə gəliblər. Onlar R.Kərimovanın evdən çıxıb piyada hərəkət etdiyini görən kimi hücum edərək maşına oturdublar. Daha sonra atəş açaraq öldürüb yol kənarına atıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2019-cu il tarixli hökmü ilə Murad Məmmədov Cinayət Məcəlləsinin 120-сш (qəsdən adam öldürmə), 182-ci (hədə qorxu ilə tələb etmə), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 217-ci (Banditizm) maddələri ilə təqsirli bilinərək 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən apelyasiya şikayəti verən M.Məmmədovun vəkili bəraət hökmü çıxarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişdirməyib.

Müdafiəçilərin kassasiya şikayəti də nəticəsiz qalıb. Ali Məhkəmə Murad Məmmədovun cəzasını dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, 2010-cu ildə Rusiyanın “İnterpol” axtarışına verdiyi 1962-ci il təvəllüdlü Murad Məmmədzadə 2016-cı ildə Azərbaycanda tutulub. Rusiya tərəfi M.Məmmədovun onlara təhvil verilməsini xahiş etsə də, bu istək Azərbaycan məhkəməsi tərəfindən rədd edilib. M.Məmmədzadə Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. Onun yaratdığı “Ağdam bandası”nın üzvləri – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 2009-cu ildə Rusiyada məhkəmənin hökmü ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

“Ağdam bandası”nın üzvlərindən biri də Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenant Ədalət Əmrahov olub. Kriminalqafqaz

Həmçinin oxuyun

Tağı Əhmədovdan sələmə 2 milyon pul götürən sabiq polis həbs edildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan, məhkəmə …