Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb

“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb

Bakıda məşhur yaşayış kompleksində iki nəfər ölüb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə noyabrın 11-i səhər saat 08 radələrində Bakının Xətai rayonunda yerləşən “Ağ şəhər”də baş verib. Orada fəhlə işləyən 1993-cü il təvəllüdlü Cavad İlyaslı çirkab sularının axıdılması üçün quyuya düşüb, orada əmələ gələn qazın təsirindən huşunu itirərək çıxa bilməyib. Ona kömək etmək üçün quyuya düşən fəhlə yoldaşı 1974-cü il təvəllüdlü Djamaladin Molayev də quyuda qazın təsirindən huşunu itirib. Onlar quyuda qalaraq ölüblər.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər quyudan çıxarılıb.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.3-cü (Əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, Djamaladin Molayev Gürcüstan vətəndaşı olub.

***

Bakı Şəhər Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna tapşırılıb.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …