Ana səhifə / Kriminal / “Ağ çiçəyim”in sahibinə qarşı 100 minlik dələduzluq

“Ağ çiçəyim”in sahibinə qarşı 100 minlik dələduzluq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.

İttiham aktına əsasən, restoranlarda operator kimi çalışan İ.Həsənli “Ağ çiçəyim” restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdam artıq dələduzluq edib.

Belə ki, o, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlıqları götürüb. Daha sonra N.Əhmədlinin şikayəti əsasında İ.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …