Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Kriminal / Afaq Aslan “Lotu Quli”dən yazdı: “Bilənlər bilir onun ürəyini … “

Afaq Aslan “Lotu Quli”dən yazdı: “Bilənlər bilir onun ürəyini … “

“Lotu Quli” kimi tanınam azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun Antaliyada öz yaxın dostu tərəfindən güllələnməsi xəbəri ölkə gündəmi zəbt edib.

Kriminal avtoritetin faciəvi şəkildə öldürülməsi sosial şəbəkələrdə də geniş müzakirə olunmaqdadır. Bir çox tanınmışlar bu hadisəyə biganə qalmayaraq, sosial şəbəkədə paylaşım edirlər. Onlardan biri də sənətçi Afaq Aslandır. Onun paylaşımı xüsusi diqqət çəkib. Sənətçi qeyd edib:

“Çox insana qardaş və dost oldu. Kimlərin əlindən tutdu… Amma həyat onu zalımcasına “dost” əli ilə vurdu. Allah rəhmət eləsin. Bilənlər bilir onun ürəyini”.

Xatırladaq ki, iki il öncə sənətçi ilə Nadir Səlifovun münasibətləri olduğu haqda məlumatlar yayılmışdı. Sənətçi bunu nə təkzib, nə də təsdiq etmişdi. Afaq Aslanın “İnstaqram”da izləyici sırasında yeganə olaraq Nadir Səlifovun olması isə bu iddiaları daha da qızışdırmışdı.

20200821_081058.jpg (488 KB)

Musavat.com

Həmçinin oxuyun

Bakıda icra nümayəndəsinin oğlu bacısını öldürdü

Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. …