Ana səhifə / Kriminal / “Adıma 9 milyon kredit götürülüb, amma pulu görməmişəm…”

“Adıma 9 milyon kredit götürülüb, amma pulu görməmişəm…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə daha əvvəl Dünyamin Xəlilovla birgə ittiham olunub 2 il müddətinə azadlıqdan məhrum edilən Fərhad Əmiraslanov bu prosesdə şahid qismində ifadə verib. 

O deyib ki, sabiq deputata məxsus “General Construction” şirkətində tikinti mütəxəssisi işləyib: “Dünyamin müəllimin istəyi ilə bir neçə kredit sənədlərinə qol çəkmişəm. “Aqora” MMC-nin rəhbəri olmağım formal olub. Adıma bankdan 10 milyon manata yaxın pul götürülüb”. 

Digər şahid Seyfulla Seyfullayev də əvvəl D. Xəlilovla birgə təqsirləndirilib və şərti cəza alaraq azadlığa çıxıb. O deyib ki, “Səbail Mebel” ASC-nin baş direktoru olub: “Adıma Beynəlxalq Bankdan 9 milyon manat kredit götürüldü, lakin pulu görmədim. Dedilər həmin pula armatur alınacaq, amma heç nə olmadı”.

İttihama görə, C. Hacıyev və komandası 4.7 milyard manat pulu mənimsəməkdə, 1.8 milyon manat pulu vergidən yayındırmaqda təqsirləndirilir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …