Şənbə , İyun 25 2022
Ana səhifə / Kriminal / Adı rüşvətdə hallanan direktor danışdı: “70 manat?”

Adı rüşvətdə hallanan direktor danışdı: “70 manat?”

“Heç “Əlifba bayramı”nın keçirilməsinə icazə verməmişəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bakıdakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanova deyib.

Xatırladaq ki, məktəblə bağlı şikayətdə “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı iddia olunub.

Rəna Süleymanova məktəbdə pul yığılmaması üçün müəllim heyətinə xəbərdarlıq etdiyini bildirib:

“Bütün sinif rəhbərləri, valideyn komitələri ilə iclas keçirib bildirmişəm ki, ilin-günün bu vaxtında heç kəsdən bir qəpik pul yığmaq lazım deyil. Uşaqların Beynəlxalq Müdafiəsi Günü könüllərini şad etmək üçün şənlik olacaq. Bununla da iş bitəcək.

Bütün sinif rəhbərləri ilə yenidən əlaqə saxladım. Pul yığılmadığını bildirdilər. Mənə maraqlıdır ki, bunu kim edir? Bizim məktəbin niyə adı belə hallanmalıdır?”

R. Süleymanova qeyd edib ki, 11-ci siniflərə hədiyyə vermək sovet dövrünün ənənəsidir:

“Yalanın da bir həddi olar. Hansısa müəllim bəlkə də nəsə edib. Axı mən onu hardan bilim. 70 manat? Hansı insafsızdır bunu edən? Ümumiyyətlə, belə bir şey yoxdur. Heç “Əlifba bayramı”nın keçirilməsinə icazə verməmişəm”.

Həmçinin oxuyun

“Mənə dedi ki, sənin yerinə arvadınla yatıram” – Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATLARI

Bakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini yandırmaqda təqsirləndirilən Vaqif Hüseynovun cinayət işi …