Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Adı qətldə hallanan şahzadə Ərdoğanla görüşməkdə israrlıdır

Adı qətldə hallanan şahzadə Ərdoğanla görüşməkdə israrlıdır

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G-20 zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək tələbi irəli sürüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Vəliəhd şahzadə Ərdoğanla telefon danışığı zamanı Buenos-Ayresdə görüşmə imkanının olub-olmadığını soruşdu. Ərdoğanın cavabı isə “baxarıq” oldu. Hazırda vəliəhd şahzadə ilə görüşməmək üçün hər hansı bir səbəb yoxdur”, – deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd bin Salman səudiyyəli jurnalist Camal Kaşoqinin qətlində ittiham olunur. İddialara əsasən, jurnalistin ölüm əmrini məhz o verib.

Onu da qeyd edək ki, Türkiyə prezidenti ötən həftə Argentinaya səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşməyəcəyini bəyan etmişdi.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …