Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Adı kriminal aləmdə hallanan azərbaycanlı gənc özünü otelin binasından atdı – ŞOK GÖRÜNTÜ

Adı kriminal aləmdə hallanan azərbaycanlı gənc özünü otelin binasından atdı – ŞOK GÖRÜNTÜ

Türkiyənin Yalova şəhərinin mərkəzində otellərin birində ölüm hadisəsi baş verib. 

Unikal.orgxəbər verir ki, otelin müştərisi qaldığı otağın balkonuna çıxaraq özünü yerə atıb. Həmin anlar təhlükəsizlik kamerasında əks olunub.

Hüquq-mühafiə orqanlarının araşdırmasından sonra, məlum olub ki, qaldığı otelin hamam otağında pəncərəni qıraraq biləklərini və boğazını  kəsən, adı krminal aləmdə hallanan azərbaycanlı H.Hüseynov  4-cü mərtəbədən özünü yerə atıb. Küçədəki dönər satılan yerin qarşısına yıxılan 30 yaşlı gəncə ətrafdakılar ilkin müdaxilə edib. Daha sonra onu yaxınlıqdakı xəstəxanaya aparıblar. Hadisə yerinə polis əməkdaşları sövq edilib və istintaq başladılıb.

Ağır yaralı şəkildə xəstəxanaya çatdırılan H.Hüseynov həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hüseynovun əvvələr cinayət işlədiyi məlum olub. Hadisənin intihar ya cinayət olduğu araşdırılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …