Bazar ertəsi , May 10 2021
Ana səhifə / Kriminal / “Adamları küçələrdə, evlərdə tutub naməlum istiqamətə aparıblar” – “Tərtər işi”

“Adamları küçələrdə, evlərdə tutub naməlum istiqamətə aparıblar” – “Tərtər işi”

Repressiyalar və İşgəncələr Əleyhinə Komitə “2017-ci ilin Tərtər hadisələri: xəyanət, yoxsa həqiqətin ictimaiyyətdən gizlədilməsi. Reallıqlar və uydurmalar” adlı hesabatın birinci hissəsini açıqlayıb.

2017-ci ilin mayında Tərtər rayonunda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hissəsində kütləvi həbslər baş verib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Hərbi Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında Ermənistanın kəşfiyyat orqanları və xüsusi xidmət orqanlarına işləyən casus şəbəkəsinin ifşa edildiyi bildirilib.

Bu bəyanatın yayılması ərəfəsində minə yaxın hərbçi saxlanılıb və dindirilmişdi. 200 nəfərə qarşı cinayət işi başlanmışdı. Cəbhəyanı məntəqələrin sakinləri olan mülki şəxslərə qarşı müəyyən işlər açılmışdı.

Ən azı 10 hərbçi işgəncələrdən ölüb. Onlardan beş nəfəri ölümündən sonra bəraət alıb.

Hazırda ən azı 25 nəfər həbsdədir. Onlar dövlətə xəyanət və digər ittihamlarla 7 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Hesabat hazırlanarkən əlaqədar tərəflər, valideynlər, həbs edilən və öldürülənlərin digər ailə üzvləri, həmçinin azadlıqda olan  işgəncə qurbanları dindirilib.

Həmçinin prokurorluğun nümayəndələri ilə müzakirələr aparılıb, məhkəmə materialları, ittiham aktları, ekspertizanın rəyi və digər sənədlər araşdırılıb.

2016-cı il aprelin 1-dən 2-nə kecçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutublar.

Əks-zərbə ilə düşmənin hücumu dəf edilib. 4 günlük döyüşlər zamanı 93 hərbçi həlak olub. İtki gözləniləndən çox olub.

2017-ci ilin fevralında yerli hərbi toqquşmalar baş verib. Bundan sonra 20-yə yaxın zabit vəzifədən çıxarılıb. Bundan sonra kütləvi həbslər başlayıb.

Təkcə Tərtərdə olan hərbçilər deyil, başqa rayonlarda da, hətta 7-10 il bundan öncə xidməti başa vuranlar da saxlanılıb. Adamları küçələrdə, evlərdə tutub naməlum istiqamətə aparıblar. Qohumlarına onların barəsində heç bir məlumat verilməyib, təkid edənləri isə hədələyiblər.

Saxlanılanları hərbi qərargahın keçmiş binasında toplayaraq işgəncə veriblər. Ən azı 10 nəfər işgəncələrdən ölüb, onların meyitlərini ailələrə verməyiblər, özləri dəfn ediblər. Dəfn mərasimlərinə çoxlu sayda polis cəlb olunub.

Daha sonra 101 hərbçi zərərçəkmiş kimi tanınıb, Müdafiə Nazirliyi nin 16 əməkdaşı işgəncələrə görə həbs edilib.

10 hərbçinin ölümündə və işgəncə verilməsində təqsirli bilinən doqquz nəfər cəmi 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, altı nəfər 6 il, bir nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İşgəncələrin baş verdiyi hərbi hissədə birləşmə komandiri və digər məsul şəxslər həbs olunmayıblar və işdən kənarlaşdırılmayıblar. 

Həmçinin oxuyun

“Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər…” – VİDEO

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn türkiyəli mafiya başçısı Sedat Peker “Youtube” sosial şəbəkəsində …