Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Kriminal / Ad gününü yasa çevirən qətlin – Təfərrüatı

Ad gününü yasa çevirən qətlin – Təfərrüatı

Ağcabədi Rayon Prokurorluğu dostunu ad günündə qətlə yetirən şəxslə bağlı məlumat yayıb.

 “Qafqazinfo”ya verilən məlumata görə, Ağcabədi sakini 1988-ci il təvəllüdlü Cavid Quliyev noyabrın 7-si saat 17 radələrində dostu və qonşusu, 1974-cü il təvəllüdlü Kərim Sultanovun evində təşkil etdiyi doğum günü məclisinə gedib. Ziyafətdə olarkən dostlar arasında mübahisə yaranıb, Kərim Cavidi ağır söyüşlərlə təhqir edib.

C.Quliyev yaxınlıqda yerləşən öz evinə gedərək həyətdən qayçını götürüb və geri qayıdıb. Küçədə Kərimlə rastlaşıb və oradaca onun sinəsindən qayçı ilə bir zərbə vurub. Nəticədə, K.Sultanovun ürəyi zədələnib. Xəstəxanaya yerləşdirilsə də, əməliyyat zamanı vəfat edib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, C.Quliyev şübhəli şəxs qismində tutulub.

Həmçinin oxuyun

Türkiyə 29 İŞİD üzvünü Azərcaycana deportasiya edəcək (FOTOLAR)

Hazırda Türkiyədə 948 İŞİD terrorçusu deportasiya edilməyi gözləyir. Qaynarinfo xəbər verir ki, həmin şəxslərdən 296-sı İraq, …