Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Abutalıbovun parkomat biznesindəki gizli milyonlar – Təfsilat

Abutalıbovun parkomat biznesindəki gizli milyonlar – Təfsilat

Bakı meri Hacıbala Abutalıbov parkomat biznesindəki gizlinləri ört-basdır etmək üçün “günah keçisi” tapıb

Bakı şəhər İcra Hakimiyyətinin başçısı bu sahəyə rəhbərlik edən şəxsi işdən azad etməklə ona yönələn şimşəkləri üzərindən çəkə bilib.

Bu barədə Politika.Az-a mötəbər mənbədən məlumat daxil olub. Məlumatda bildirilir ki, mətbuatda Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev tutduğu vəzifədən azad edilməsi haqda xəbər yayılıb.

H.Abdullayevin işdən çıxarılmasına səbəb kimi onun Bakının bir neçə nöqtəsində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilib.

Uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və “Azəravtoyol” ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırıb. Bununla bağlı şikayətlərin sayı artdığı üçün Abutalıbov XTAİ-nin rəisi Abdullayevi işdən kənarlaşdırıb.

Mənbə Politika.Az-a bildirib ki, bununla Abutalıbov öz biznesini qonşu qurumların diqqətindən yayındırıb. Bakıda parkomant biznesindən əldə olunan gəlirlərin merin cibinə axdığı sirr deyil.

Bu sahədəki xaos və nəzarətsizliyin saxlanmasında məhz Abutalıbovun maraqları var. Şəhərdə hansı parkomatların qanuni və qanunsuz olduğu bilinmir. Nəticədə qeyri-rəsmi şəkildə milyonların əldə olunması üçün əlverişli şərait yaranır.

Buna görə də nə bir təftiş var, nə də nəzarət sistemi. Üstəlik, vergidən ciddi şəkildə yayınma halları da var. Abutalıbovun parkomat biznesindən gələn pullar haqda nə bir hesabat verir, nə də vəsaitin büdcəyə yönəlib-yönəlmədiyi mexanizmi açıqlanmır.

DYP və Azəravtoyolun qınağından qurtuluş üçün rəis qurban verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin düz iki il əvvəl Nazirlər Kabinetinin iclasında Bakıda yol kənarında avtomobillərin saxlanılması və böyük parkinqlər tikilənədək bu məsələnin tənzimlənməsi barədə göstərişi Bakı meri üçün yeni qazanc yeri oldu.

Prezidentin bu iradından “məharətlə” istifadə edən Bakı şəhər meri Hacıbala Abutalıbov özünə yeni biznes yaratmağa başladı. Belə ki, müəyyən olunmuş ərazilərdə parkomatlar quraşdırıldı və sürücülərə burada maşın saxlamağa icazə verildi.

Politika.Az xəbər verir ki, Fransadan gətirilmiş xüsusi parkomatları indi Bakının demək olar ki, əksər mərkəzi küçələrində görmək mümkündür.

İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət indi 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Yığılan pulların isə kimin cibinə getdiyi məlumdur.

Parkomatlardan nağd pul, bank və xüsusi kartlar vasitəsilə istifadə etmək mümkündür. Əgər sürücü 4 saatdan artıq avtomobilini müvəqqəti dayanacaqda saxlayarsa, cərimə olunur.

Həmin müvəqqəti dayanacaqlara əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin formalı əməkdaşları nəzarət edir, pul ödəməyən avtomobillərə çek yazır və pul xırdalayırdılar. Amma indi onların sayı azalıb və sürücülər bu pulları özləri parkomatlara ödəyirlər.

Paytaxtda bu cür “yağlı tikənin” Abutalıbovun nəzarətinə keçməsi hələ o zaman Nəqliyyat Nazirliyinin ciddi narazılığına səbəb olmuşdu.

Çünki uzun müddətdir ki, mer şəhər təsərrüfatında nəqliyyat naziri Ziya Məmmədovla bir sıra gəlirli sahələrdə ya şəriklik edir, ya da öz nəzarətinə alırdı. İndisə tam nəzarət Abutalıbovdadır. Qarşı tərəf dinləməyə hazırıq.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın