Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Abşeronda tükürpədici olay: – 14 yaşlı oğlanı 20 dəfə zorladı

Abşeronda tükürpədici olay: – 14 yaşlı oğlanı 20 dəfə zorladı

Abşeronda qohumunun 10 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Seyfəddin Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamella Nəsrullayevanın sədrliyi ilə araşdırılıb.

İstintaqla müəyyən edilib ki, Seyfəddin Əfəndiyev yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki evinin həyətində 14 yaşına çatmayan N.Y-ın (ad soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə onu zorlayıb. S. Əfəndiyev yeniyetməni qışqırmaması üçün əli ilə ağzını tutub zor tətbiq etməklə tövləyə aparıb yerə yıxaraq əynindəki paltarlarını çıxarıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

S. Əfəndiyev N.Y-nı hədələyərək bu barədə heç kimə bildirməməsini tələb edib və kiməsə bu barədə danışarsa onu öldürəcəyi ilə hədələyib.

S. əfəndiyev bu yolla onunla mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olub.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər törətmə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxs qismində dindirilən S.Əfəndiyev ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, uşağın anası A.Y(ad, soyad şərtidir) uzaq qohumluq əlaqəsi var: “ 2015-ci ilin ortalarında ailəliklə qohumlarımızın yanına köçdük. Həmin vaxt anası işə getdiyindən oğlu N.Y-a baxırdım. Ona heç zaman zorlamamışam heç bir seksual xarakterli hərəkətlər törətməmişəm”.

Zərərçəkmiş 10 yaşlı N.Y isə bildirib ki, anası işə gedəndə qonşuluqda qalan qohumları S. Əfəndiyevin yanında qalıb: “Seyfəddin həyətdə oynadığım zaman məni evlərinin arxasındakı tövləyə apardı. Qəflətən əli ilə ağzımı tutub, yerə yıxdı. Əynimdəki paltarı soyundurdu, cinsiyyət orqanını çıxarıb məni zorladı. Ağrıdan ağladım. Lakin o buna fikir vermədi. İşini qurtarandan sonra məni hədələməyə başladı. Dedi ki, səni öldürərəm. Qorxudan anama da heç nə deyə bilmədim”,

Zorlanan uşaq deyib ki, bundan sonra hər gün qohumu tərəfindən təcavüzə məruz qalıb: “Seyfəddin demək olar ki, hər gün anam işə getdikdən sonra ya öz evlərində, ya da bizim evimizdə mənimlə zorla cinsi əlaqədə olurdu. Əvəzində isə məni bir dəfə kompyuter salonuna aparıb. Seyfəddin mənimlə 20 dəfədən cox cinsi əlaqədə olub”.

N.Y qeyd edib ki, sonralar onda ağrılar yaranmağa başlayıb: “Anam evə gələndə gördü ki, arxa tərəfim çox ağrıyır. Məni qonşuluqdakı həkimin yanına apardı. Həkim arxamın genişləndiyi dedi. Anam üstümə qışqırdı, düzünü deməyimi tələb etdi. Ona ağlaya-ağlaya Seyfəndirinin məni dəfələrlə zorladığını dedim”.

Hakimlər kollegiyasının hökmünə əsasən Seyfəddin Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …