Ana səhifə / Kriminal / Abşeronda sürücü avtomobilindəki qadına baxan kişini bıçaqlayıb

Abşeronda sürücü avtomobilindəki qadına baxan kişini bıçaqlayıb

Abşeronda sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqlayıb.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Nağıyev İlkin Vasif oğlu naməlum markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Adı açıqlanmayan sürücü İ. Nağıyevə avtomobilində olan qadına baxdığını əsas gətirərək, ondan maşını saxlamağı tələb edib. Sürücülərin mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı İ.Nağıyev bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …