Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Abşeronda maşın bacı-qardaşı vurdu – Biri öldü, digəri…

Abşeronda maşın bacı-qardaşı vurdu – Biri öldü, digəri…

Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri keçinib.

Azinforum.az-ın APA-ya istinadən xəbərinə görə, “Mercedes” markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub.

İkisi dә sürücü tərəfindən təcili 1 saylı şəhər xәstәxanasına gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib.

Araşdırma aparılır.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …