Ana səhifə / Kriminal / Abşeronda kişi özünü 14-cü mərtəbədən ATDI

Abşeronda kişi özünü 14-cü mərtəbədən ATDI

Abşeronda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Türkiyəli məşhur müğəninin boşandığı arvadını güllələdilər – FOTO

Türkiyəli müğənni Berdan Mardininin mart ayında boşandığı arvadı Fatoş Karadəmirə silahlı hücum olunub. “Haberler” məlumat …