Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Abşeronda evlərə girən seksual manyak peyda olub

Abşeronda evlərə girən seksual manyak peyda olub

Abşeron rayonunda seksual manyak peyda olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, günorta saatlarında valideynlər evdə olmayanda mənzillərə daxil olan naməlum şəxs azyaşlı qızlara hücum edərək onlara qarşı seksual xarakterli hərəkətlər edir. 

Artıq zərərçəkənlərdən biri, Masazır qəsəbə sakini R.Z polisə müraciət edərək bildirib ki, o, evdə olmadığı müddətdə 14 yaşlı qızı Aygünü (ad şərtidir) aldadaraq evə daxil olan naməlum şəxs qızına qarşı zorla seksual xarakterli hərəkətlər edib. 

Abşeron RPŞ hazırda həmin şəxsi axtarır. Onun bu tipli başqa cinayətlər etməsi də istisna edilmir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …