Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Abşeronda azyaşlı oğlanı zorladılar – Məhkəmə işi

Abşeronda azyaşlı oğlanı zorladılar – Məhkəmə işi

Abşeron rayonunda azyaşlı oğlan 4 həmcinsinin seksual zorakılığına məruz qalıb.

Yenisabah.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə azadlıqdan məhrum edilən Tərlan Qabil oğlu Mehtiyev, Müslüm Nəsrəddin oğlu Hüseynov, Bahadur Nazim oğlu Hacıyev və Elnur Rafiq oğlu Soltanov 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər. Cinayət işi hakim Elman Əhmədovun icraatına verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər dörd şəxs 10 il müddətinə azdlıqdan məhrum ediliblər.

Xatırladaq ki, hadisə ötən ilin yayında Abşeron rayonunda baş verib. H.A. dörd nəfər tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalıb. Azyaşlının valideynlərinin məsələdən xəbər tutmasından sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaq orqanına təhvil verilib. Onlar barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …