Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Abşeronda ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu – Foto

Abşeronda ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu – Foto

Abşeronda bir müddət əvvəl ahıl qadının təqaüdünü oğurlayan şəxslər saxlanılıb.

Abşeron rayon Polis İdarəsinə daxil olan məlumat əsasında Saray qəsəbəsi ərazisində vətəndaş Xatirə Zamanovaya qarşı soyğunçuluq edən 24 yaşlı Rahim Səlimzadə və 19 yaşlı Turqut Əliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq Saray qəsəbəsində yaşlı qadının bankomatdan təqaüdünü guya çıxarmasına köməklik etmək məqsədi ilə çirkin əməllərini həyata keçiriblər. Turqut Əliyev kartda olan 400 manat pulu çıxardıqdan sonra yaxınlıqda onu avtomobillə gözləyən Rahim Səlimzadə ilə birgə oradan qaçıblar. Rayon Polis İdarəsi əməkdaşları çox keçmədən onların izinə düşərək saxlamağa müvəffəq olub. İstintaq zamanı oda məlum olub ki, 24 yaşlı Rahim Səlimzadə eyni üsulla Abşeron rayonun digər ərazilərində də cinayət əməlləri törədib.

Qeyd edək ki, saxlanılan şəxslər yeznə və qayındır.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. /APA

Abşeronda ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - Foto

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …