Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / “Abşeron Construction”un qarovulçusu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

“Abşeron Construction”un qarovulçusu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Bakıda şirkət binasının qarovulçusu lift şaxtasına düşərək ölüb.

Unikal.org  xəbər verir ki, hadisə dekabrın 2-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Canpolad Qurbanov qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib.

Faktla bağla Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …