Ana səhifə / Kriminal / Abbas Bağırovun adı keçən məhkəmədə ara qarışdı

Abbas Bağırovun adı keçən məhkəmədə ara qarışdı

Əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bugünkü prosesdə şahidlər dindirilib.

Azər İsgəndərov deyib ki, O.Mehrəliyev Xətai Yusubovdan 11 min manat alarkən orada olub. 

Vəfa Nadirova ifadəsində bildirib ki, bacısı ondan 1500 manat alaraq Orxanı müdafiə eləməsi üçün vəkilə verəcəyini deyib.

Hakim şahiddən ifadə vermədən əvvəl kiminsə ona təzyiq edib-etmədiyini soruşub. V.Nadirova X.Yusibovun onun xeyrinə ifadə verməsini istədiyini deyib. Bu zaman məhkəmədə mübahisə düşüb. 

Xətai Yusubov iddia edib ki, Vəfa Nadirova onun xeyrinə ifadə vermək üçün 1000 manat istəyib: “Yazdığı mesaj da qalır, baxa bilərsiz”.

Davam edən mübahisədə X.Yusubov təqsirləndirilən O.Mehrəliyevi yalan danışmaqda ittiham edib. 

Orxanın cavabı isə belə olub: “Bu, Xətaini ayağa qaldırın, yerisin, biz də arxadan baxaq ki, bu kimdir”.

Digər şahid İbrahim Əliyev deyib ki, Abbas Bağırova məxsus qaraj indi onun adınadır: “Bu mübahisələrdən sonra məni polisə çağırdılar. Dedilər ki, qarajı sənin adına keçirirlər. Mən də etiraz eləmədim”.

İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.

Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.

Həmçinin oxuyun

Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxslə bağlı yeni qərar

Sumqayıt Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən …