Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “AAAF Park”ın rəhbəri həbs edildi – Yenilənir

“AAAF Park”ın rəhbəri həbs edildi – Yenilənir

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.

” Azinforum.az ” “Ölkə.Az”a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.
Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.
***
“Qafqazinfo” xəbər verir ki, Tofiq Heydərov, eyni zamanda ağır atletika yığma komandasının baş məşqçisidir. O, bir müddət Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postunda da çalışıb.
T. Heydərov tez-tez medianın gündəminə gəlirdi. O, daha çox nurçuluqda ittiham olunurdu.
***
Baş Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, bəzi KİV-lərdə yayımlanan guya prokurorluq əməkdaşları tərəfindən “AAAF Park”da axtarış aparılması ilə bağlı yayılan məlumatlar yanlışdır.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamanı Vergilər Nazirliyi həyata keçirir.

***

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlama verən “AAAF Park”ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Tofiq Heydərovun həbs olunmadığını bildirib. O qeyd edib ki, Heydərov hazırda yeniyetmələr arasında Kosovoda keçirilən Avropa Birinciliyinə yollanan millimizlə birlikdədir.

Bundan başqa, Məstəliyev ərazidə aparılan yoxlama ilə bağlı da sualımızı cavablandırıb:

“Burada axtarış aparılmır, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi. Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda isə hər kəs öz işini davam etdirir”.

Qeyd edək ki, Tofiq Heydərov eyni zamanda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi və Federasiyanın vitse-prezidentidir.

Azinforum.az

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın