Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / “AAAF Park”da kirayəşini azadlıqdan məhrum edən, döyən, şantaj edən şəxslərə hökm oxundu

“AAAF Park”da kirayəşini azadlıqdan məhrum edən, döyən, şantaj edən şəxslərə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qanunsuz azadlıqdan məhrumetmə və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Rasim Əliyev, Xanlar Vəliyev və İmaməddin Səfərovun (hər üçü şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rasim Əliyev 13 il, Xanlar Vəliyev 8 il və İmaməddin Səfərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rasim Əliyev, Xanlar Vəliyev və İmaməddin Səfərov istintaqla müəyyən edilməyən digər iki şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində ailəsi ilə birlikdə kirayədə yaşayan Yevlax rayon sakini zərərçəkmiş Ceyhun Fərhadovun (şərti) narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat əldə edib.

Belə ki, Rasim Ceyhunu aldatma yolu ilə görüşə, oradan isə özünün kirayədə yaşadığı “AAAF Park”dakı mənzilə dəvət edib. Həmin şəxslər özlərinin daim narkotik və psixotrop maddələrin əldə edilməsi üçün tələb olunan, eləcə də digər xərclərini qarşılamaq üçün zərərçəkmişdən narkotikin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətlə sərbəst şəkildə, onlar tərəfindən heç bir maneə yaradılmadan məşğul olmasına “icazə verilməsi” müqabilində qeyd olunan qanunsuz fəaliyyətdən əldə etdiyi gəlirin bir hissəsini müntəzəm olaraq onlara verilməsini, eyni zamanda onları da müxtəlif narkotik və psixotrop maddələrlə təmin etməsini deyiblər.

Daha sonra Rasim Əliyev, Xanlar Vəliyev və İmaməddin Səfərov 23 avqust 2020-ci il tarixdə, gecə saat 04 radələrində Ceyhun Fərhadovun kirayədə yaşadığı yaşayış binasının həyətinə gəliblər. Rasim Əliyev telefonla zərərçəkmiş zəng edərək onu həyətə çağırıb, aldatma yolu ilə yaşadığı mənzilə dəvət edib. Onlar orada 8 saat 20 dəqiqə müddətində zərərçəkmişi adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum ediblər. Bu müddətdə həmin şəxslər və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri ilə razılaşdıqları kimi məqsədlərinə çatmaqdan ötrü zərərçəkmişə zor tətbiq ediblər.

Belə ki, onlar Ceyhunu döyərək onun qabırğalarını qırıblar. Daha sonra həmin şəxslər zərərçəkmişdən 3 000 manat pulu hədə-qorxu ilə tələb edib. Tələb edilən məbləği verməyəcəyi halda onun yaxın qohumlarına qarşı da zor göstəriləcəyi ilə Ceyhunu hədələyiblər.

Bundan sonra, zərərçəkmiş tələb olunan pulun 1 000 manatın; həmin gün, digər hissəsini isə sonrakı vaxtlarda verəcəyi barədə qrupun üzvləri ilə razılığa gəlib. Həmin gün arvadına zəng edərək yalandan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu və buraxılması üçün 1 000 manat pul lazım olduğunu deyib. Pulu isə oğlu gətirərək Rasimə verib.

Zərərçəkmiş 14 sentyabr 2020-ci il tarixdə kəskin mədə-bağırsaq qanaxmasından Yevlax Rayon Mərkəzi Xəstəxanasında ölüb. Həmin şəxslər tələb etdikləri pulun qalan hissəsini ala bilməyiblər.

Həmçinin oxuyun

Sabiq başçıdan milyonluq mülk və maşınları alındı – SİYAHI

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə …