Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / 954 milyon manat hara xərclənib?

954 milyon manat hara xərclənib?

Cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 954,2 milyon manat vəsaitin 751,5 milyon manatı neft sektoruna sərf edilib.

Statistika Komitəsi xəbər verir ki, vəsaitin digər hissəsi, yəni, 202,7 milyon manatı qeyri-neft sektoruna yönləndirilib. Ümumi sərmayənin 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 89,3 faizi məhsul istehsalı obyektlərinin 7,7 faizi xidmət sahələri üzrə obyektlərin, 3,0 faizi isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,4 faiz, bank kreditləri 8,2 faiz, büdcə vəsaitləri 3,5 faiz, əhalinin şəxsi vəsaitləri 3,0 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,9 faiz təşkil edib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın