Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / 93 yaşlı təqaüdçü kommunal xidmət əməkdaşını belə güllələdi – VİDEO

93 yaşlı təqaüdçü kommunal xidmət əməkdaşını belə güllələdi – VİDEO

ABŞ-ın Las-Veqas şəhərinin 93 yaşlı sakini kommunal xidmət əməkdaşını güllələyib. 

Bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilib ki, 93 yaşlı təqaüdçü Robert Tomas bir neçə müddət imiş ki, kommunal xidmətin işindən narazı imiş. 

Evində su borularının partlaması və mənzilin su altında qalması ahıl kişini özündən çıxarıb. 

Tapançasını alaraq kommunal xidmət mərkəzinə gedən Tomas menecerdən evini təmir etməsini tələb edib. O, əvvəlcə silahını göstərməyib. Ancaq söhbət uzanınca 93 yaşlı amerikalı silahını çəkərək menecerə atəş açıb. 

İş yerindəki xanım əməkdaş təcili küçəyə qaçaraq polis çağırsa da, hüquq mühafizəorqanları hadisə yerinə gələnə qədər cinayətkar artıq iki dəfə atəş açmış olub. 

Polis tərəfindən saxlanılan Tomas məqsədinin öldürmək olmadığını, sadəcə qorxutmaq məqsədilə atəş açdığını, bunun üçün isə qarşısındakının ayaqlarını nişan aldığını deyib. 

Zərərçəkənə dərhal lazımi tibbi yardım göstərilib.  

93 yaşlı kişinin isə ilk məhkəməsi olub. O, ikinci məhkəməyə qədər 25 min dollar müqabilində şərti azadlığa buraxılıb.  

oxu.az

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …