Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Kriminal / 9 il həbs alan salyanlı narkobaron bir neçə aydan sonra azadlığa çıxdı — Müəmmalı hadisə (VİDEO)

9 il həbs alan salyanlı narkobaron bir neçə aydan sonra azadlığa çıxdı — Müəmmalı hadisə (VİDEO)

Bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlu yenidən köhnə əməlini davam etdirir.

Bununla bağlı Qaraçala qəsəbəsindən olan bir qrup sakin Demokrat.az-a müraciət edərək, Elşən Məmmədovun həbs edilməsini tələb edir.

Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi olaraq, gəncləri narkotiklə zəhərləyib məhv edir.

“Elşən Məmmədov 2017-ci ildə külli miqdarda narkotiklə vasitələrlə həbs olunub, evindən 10 kiloqrama yaxın narkotik maddələr aşkar olunub. Bu qədər ağır cinayətlər törətməsinə baxmayaraq, Elşən Məmmədov bir neçə ay sonra naməlum səbəblərdən azadlığa buraxılıb. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il həbs verilsə də, bir neçə aydan sonra Şirvan Appelsiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Hazırda yenə narkotik alverçisi kimi fəaliyyət göstərir, övladlarımızı kütləvi şəkildə narkotikə aludə edir”, – deyə Qaraçala sakinləri bildiriblər.

Sakinlərin iddiasına görə, Elşən Məmmədov Bakıda yüksək vəzifədə işləyən həmkəndlisi tərəfindən himayə olunur.

Həmçinin oxuyun

Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı

“Xural Yayınları” MMC-nin həbsdə olan baş direktoru Əvəz Zeynallının ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan …