Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 9-cu sinif şagirdini döyən direktor işdən kənarlaşdırıldı – Video

9-cu sinif şagirdini döyən direktor işdən kənarlaşdırıldı – Video

Ötən gün Cəlilabadda məktəb direktorunun 9-cu sinif şagirdini döyməsi ilə bağlı mediada və sosial şəbəkələrdə video yayılıb.

Cəlilabad Rayon Təhsil Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisəylə bağlı araşdırma aparılır:

“Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktorunun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntüyə dair bildiririk ki, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb. Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək”.

 

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …