Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 82 nəfər Elman Rüstəmovu məhkəməyə verdi – 81 milyonluq iş

82 nəfər Elman Rüstəmovu məhkəməyə verdi – 81 milyonluq iş

“Bank Standard”ın bir qrup əmanətçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı, Mərkəzi Bankın sədri Elman Rüstəmov və bir qrup vəzifəli şəxs haqda məhkəməyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda iqtisadçı Əkrəm Həsənov məlumat yayıb. Xəbərə görə, bankın 82 əmanətçisi bankın müflisləşməsində təqsirli şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb. Təqsirkarlardan vurulan zərərin əvəzi – 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxmini 81 mln. manat təşkil edir.

Ə. Həsənov bildirib ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …