Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / 8 rayondan oğurluq edən dəstənin cinayət əməlləri

8 rayondan oğurluq edən dəstənin cinayət əməlləri

Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etdiklərinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən averilən məlumata görə, dəstə üzvləri olan Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyevin, 33 yaşlı Sadət Azadovun, 31 yaşlı Təhməz və 38 yaşlı Əkbər Dadaşovların ətraflarında aparılan istintaq tədbirləri nəticəsində onların daha yeddi rayonda analoji cinayətlər törətdikləri məlum olub. 

Adıçəkilən şəxslər cari ilin iyul ayının müxtəlif vaxtlarında Ağsu, İsmayıllı, Hacıqabul, Qaradağ, Qobustan, Sabirabad və Şamaxı rayonlarında yerləşən fərdi yaşayış evlərinə, aptek və mağazala qanunsuz daxil olaraq, oradan nağd pul, müxtəlif növ içkilər, tütün məmulatları və telefon aksesuarları, eləcə də Qaradağ rayonunda yerləşən mağazaların birində olan iki ədəd ödəmə terminalı və seyfdən 12000 manata yaxın pulu oğurlamaqla, ümumilikdə zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar. 

Həmin şəxslərin ətrafında istintaq hərəkətləri davam etdirilir. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …