Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 8 nəfərin öldüyü qəza necə baş verib? – Sürücü sağdır

8 nəfərin öldüyü qəza necə baş verib? – Sürücü sağdır

Masallıda 8 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında sürücü sağ qalıb. 

“ Azinforum.az ” Report-a istinadən xəbər verir ki, mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur. 

Son dəqiqləşdirmələrə görə, qəza zamanı 8 nəfər ölüb, 2 nəfər xasarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza baş verən zaman arxada daha bir avtomobildə ailənin digər qohumları da olub. Hadisə onların gözü qarşısında baş verib. Lakin həmin avtomobil qəzadan yayınıb. Ölən və yaralananlar Lerik rayonunun Kəlvəz kənd sakinləridir. Meyitlər müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. 

Ölənlərdən 3-ü bacı-qardaşdır. Onlar Gültac və Aytac Məmmədovalar, qardaşları Elgün Məmmədovdur. 

Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər:

1. Tağıyev Əlizahir Atalı oğlu – 2002-ci il 

2. Rzayev Əsgər Hikmət oğlu – 1983-cü il 

3. Rzayev Hikmət Əsgər oğlu – 2002-ci il 

4. Rzayev Azər Hikmət oğlu – 2008-ci il 

5. Rufullayev Ayxan Natiq oğlu – 2016-ci il 

6. Məmmədov Gültac Ələkbər oğlu – 1996-cı il

7.Məmmədova Aytac Ələkbər qızı – 1995-ci il 

8. Məmmədov Elgün Ələkbər oğlu – 1997-ci il

Yaralılar:

1. Rzayeva Ruhiyyə Əkbər qızı – 1985-ci il 

2. Tağıyeva Miranə Atalı qızı – 1995-ci

Xatırladaq ki, bu gün səhər saatlarında “Mercedes” markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 10-MG-329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır. 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …