Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / 8 il ərzində xidməti nəqliyyat vasiələrinin alınmasına 500 milyon…

8 il ərzində xidməti nəqliyyat vasiələrinin alınmasına 500 milyon…

Azinforum.azın məlumatına görə, tanınmış iqtisadçı Rövşən Ağayev məmurların xidməti maşınlarına dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı maraqlı məqamları açıqlayıb: “Prezidentin məmurlara bahalı maşın minməyi qadağan etməsi dünəndən bütün medianı məşğul edir.
Maraqlı bir faktı deyim sizə: hələ 2008-2009-cu ildə bir beynəlxalq təşkilatla layihəmiz vardı, hökumətin tenderlərini araşdırırdıq. O zaman araşdırma istiqamətlərindən biri də məmurların bahalı maşınları oldu.
Araşdırma nəticəsində məlum oldu ki, iriçaplı məmurlar arasında qiyməti 100-150 min dollar aralığında dəyişən 7-ci seriya BMW və S klass “Mersedes”lər dəbdədi.
Bir maraqlı məlumatı da deyim: 2007-2015-ci illərdə dövlət büdcəsindən nəqliyyat vasiələrinin alınmasına təxminən 500 milyon dollar (360 milyon manat) xərclənib.
Hələ o zaman bizim layihə ekspertləri Gürcüstan prezidenti Mişanın tətbiq elədiyi təcrübədən çıxış edərək təklif etdi ki, məmurlarımıza maksimum dəyəri 15 000 avro olan avtolar minsinlər – qanunla məbləğə limit tətbiq edilsin. Təəssüf ki, o dövrdə böyük neft pulları bütün rasional və effektiv təklifləri eşidilməz etmişdi”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın