Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / 78 yaşlı şəxs metronun “28 May” stansiyasında öldü

78 yaşlı şəxs metronun “28 May” stansiyasında öldü

Bakı metrosunda ölüm hadisəsi baş verib.

“Trend”in məlumatına görə, hadisə metronun “28 May” stansiyasında qeydə alınıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisəni təsdiqləyib:

“Hadisə bu gün saat 16:25 radələrində metronun “28 May” stansiyasında baş verib. Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Nazim Əhmədov stansiyanın platformasında öz əcəli ilə dünyasını dəyişib”.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …