Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / 750 kiloqram narkotik məhv edildi – Azərbaycanda

750 kiloqram narkotik məhv edildi – Azərbaycanda

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Belə ki, Zaqatala rayonu Muğanlı kəndi ərazisində sərhəd zolağına baxış keçirilərkən yabanı halda bitmiş ümumi çəkisi 750 kq olan 1320 ədəd çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …