Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / 73 nəfərə mənzil satdı – nə mənzil var, nə də pul

73 nəfərə mənzil satdı – nə mənzil var, nə də pul

Tikinti şirkətlərinin bir çoxunun dələduzluq əməlləri barədə mətbuatda kifayət qədər yazılıb. Bu sahədə “fəaliyyət” göstərənlərin böyük əksəriyyəti – mənzil fırıldaqçıları insanların etibarından sui-istifadə edərək və onları aldadaraq 100 minlərlə manat pullarını dələduzluq yoluyla ələ keçirirlər.

Mənzil dələduzluğu ilə üzləşənlərdən biri də Bakı şəhər sakini Konstantin Şevçenkodur. O, 2008-ci ildə o “Hom-Pas Prestij” şirkətinin rəhbəri türk vətəndaşı olan Hikmet Yigidöl ilə müqavilə bağlayıb, Xocalı küçəsi, 32-dəki evini və torpaq sahəsini şirkətə satıb. Ona 300 min manat və tikilən binadan mənzil veriləcəyi vəd edilib. On il ötüb, amma sadəlövh vətəndaşa nə pul qaytarılıb, nə də mənzil verilib.

Şirkətin rəhbəri isə onunla görüşməkdən yayınaraq telefonlara belə cavab verməyib.

“On il ərzində dəfələrlə bu iş üzrə məhkəmə prosesləri keçirilib. Məhkəmələrin çıxardığı çoxsaylı qətnamələrə baxmayaraq, Hikmet Yigidöl bu günə qədər də mühakimə olunmaylb, bizə bir qəpik pul ödənməyib. Ailə üzvlərim hazırda İsmayıllı rayonunun İvanovka kəndində yaşayırlar. Faktiki olaraq küçədə qalıblar. Nə pulumuz var, nə də evimiz. Nail olduğum yeganə üstünlük isə onun Azərbaycandan çıxışına qadağa qoyulması ilə bağlıdır”, – Şevçenko bildirib.

Məlum olub ki, türk iş adamının toruna düşən təkcə K.Şevçenko olmayıb. Onlara söz verilmiş 73 mənzili satıb. Ötən şənbə günü payçılar yenidən ya evlə təmin olunmalarını, ya da pullarının geri qaytarılmasını tələb ediblər. Artıq yüzüncü dəfə onlara maliyyə çətinlikləri ilə üzləşdiyinə görə tikintinin dayandırıldığı, yaxın zamanda Türkiyədən pul göndəriləcəyi və tezliklə mənzillərinə köçəcəkləri vəd olunub.

Məlum olub ki, Hikmet Yigidöl payçılarından mənzillərə görə 17 milyon 150 min 633 manat pul toplayıb. Binanın birinci mərtəbəsi müxtəlif obyektlərin sahiblərinə satılıb. Eldəniz Axundov adlı şəxs isə mağaza almaq üçün ona 1 milyon üç yüz min manat ödəyib. Yigidölün belə mağazaları isə çoxdur…

Yeri gəlmişkən, Yiqigöüln vətənində – Türkiyədə bu cür dələduzlara qarşı qanun daha sərtdir. Bu əməllərinə görə o, artıq qonşu ölkədə çoxdan dəmir barmaqlıqlar arxasında düşərdi. Burada isə istehzalı təbəssümlə vətəndaşlarımıza baxıb yaşayır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …