Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / 72 yaşlı kişi arvadı ilə dəm qazından boğuldu

72 yaşlı kişi arvadı ilə dəm qazından boğuldu

Gəncədə ər-arvad dəm qazından boğulub. “Qafqazinfo” xəbər verir ki, hadisə Kəpəz rayonunda baş verib. 

Belə ki, 1947-ci il təvəllüdlü Xalis Cəfərov və həyat yoldaşı Rəna Cəfərova yaşadıqları evdə ölü tapılıb. 

Prokurorluq və polis əməkdaşları hadisə yerinə gedərək Gəncə şəhər Regional Qaz İstismarı İdarəsinin əməkdaşları ilə birgə baxış keçirib. 

Baxış zamanı evin içərisində İran istehsalı isidici qaz sobasının işlək vəziyyətdə olması aşkar edilib. 

Meyitlər xarici və daxili müayinə üçün Gəncə şəhər Məhkəmə Tibbi Ekspertizasına və Patoloji Anatomiya Birliyinin morquna göndərilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …