Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / 7 nəfərin 72 yaşlı kişinin 200 min manatını ələ keçirmək planı: “Evinizdən su damır”

7 nəfərin 72 yaşlı kişinin 200 min manatını ələ keçirmək planı: “Evinizdən su damır”

Bakıda 72 yaşlı kişinin evinə basqın etməkdə təqsirləndirilən 7 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Dəstə üzvlərindən biri qadındır. Onlar yaşlı kişinin bağ evini satmasından və evində 200 min manat olmasından xəbər tutublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və quldurluqda təqsirləndirilən Cəlil Quliyev, Elvin Salahov, Vüqar Qələndərov, Murad Səfərov, Əziz Əliyev, Vüsal Hüseynov və Gülər Bəxtiyarzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Baxış iclası martın 2-nə təyin edilib.
İttiham aktında yazılır ki, təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.2-ci (quldurluq, təkrar törədildikdə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, qanunsuz olaraq girməklə törədildikdə), 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, dəstə üzvləri yaşlı kişinin evinə basqın edərək 200 min manat ələ keçirməyi planlaşdırıblar. Amma planları tam olaraq baş tutmayıb.

Hadisə ötən il, aprelin 26-da Nəsimi rayonu ərazisində baş verib. Dəstə üzvləri gecə saat 4 radələrində rayon sakini Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girərərk Səyyad Cəbiyevin başına dəmir parçası ilə xəsarət yetiriblər. Onlar evdə 200 min manat axtarsalar da oradan içərisində 200 manat pul və sənədlər olan pulqabı aparıblar.

Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar.

Əməliyyat tədbirləri nəticəsində digər şxəslərin saxlanılması da mümükün olub.

Araşdırmalar zamanı məlum olub ki, cinayəti törətməkdə ittiham edilən şəxslərdən biri- Murad Səfərov evinə basqın edilən şəxsin bacısının nəvəsi imiş. Hadisədən əvvəl Murad Səfərov digər dəstə üzvlərinə qohumunun bir neçə gün əvvəl bağ evini satdığını və mənzildə külli miqdarda pulun olduğu barədə məlumat verib. Dəstə üzvləri oğurluq etməyi planlaşdırıblar.

Evə daxil omaq üçün əvvəlcə Gülər Bəxtiyarzadə qapını döyüb. Özünü aşağı mərtəbədə yaşayan qonşu kimi təqdim edib və evlərinə su damdığını söyləyib. Ahıl yaşlı kişi qapını açandan sonra digər dəstə üzvləri evə basqın ediblər. Yaşlı kişiyə silahla hədə-qorxu gələrək baş evinin puluu verməsini tələb ediblər. Amma evdə axtarış aparsalar da qeyd edilən miqdarda pulu tapa bilməyiblər. Onlar sadəcə yaşlı kişinin pul qabını tapa biliblər. Pul qabında isə 200 manat və sənədlər olub. Qonşular səs-küyə çıxan zaman isə dəstə üzvləri hadisə yerindən qaçıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri Elvin Salahov daha əvvəl də cinayət əməli törədib və bir neçə il məhkumluq həyatı yaşayıb.Musavat.com

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …