Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Kriminal / 6 uşaq anası bıçaqlandı, hadisə yerinə gələn təcili yardımın həkimlərinə isə hədə-qorxu gəlindi

6 uşaq anası bıçaqlandı, hadisə yerinə gələn təcili yardımın həkimlərinə isə hədə-qorxu gəlindi

Daşkəsən şəhərində 41 yaşlı qadının yaşadığı binanın önündə əri tərəfindən bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

Məlumata görə, hadisə ailənin yaşadığı Daşkəsən rayon İsmət Qayıbov küçəsində binanın önündə baş verib.

Şəxsi münasibətlər zəminində, 1970-ci il təvəllüdlü Zülfiyyə Məhərrəmova əri Ramiz Məhərrəmov tərəfindən qarın boşluğuğundan bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Məhərromov bıçaqla hadisə yerinə çağrılan tibb işçilərinə qarşı da hədə qorxu gəlib. Lakin sonra bıçaq ondan alınıb və daha sonra yaralıya ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Bir bıçaq xəsarəti alan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis şöbəsinə aparılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır/Report.

Həmçinin oxuyun

Müğənninin qətli videosu kimi yayılan görüntü ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə …