Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Kriminal / 6 qəpiyə alınan kartof niyə 10-15 dəfə baha satılır…

6 qəpiyə alınan kartof niyə 10-15 dəfə baha satılır…

Azərbaycana gətirilən kartofun kiloqramı 6 qəpikdir. Ötən il Azərbaycana 7,5 milyon dollarlıq kartof gətirilib.

Bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

V.Məhərrəmovun sözlərinə görə, il ərzində ölkəyə 125,5 min ton kartof idxal edilib. Amma kiloqramı 6 qəpiyə alınan kartof ölkə bazarında 10-15 dəfə baha qiymətə satılıb. Hazırda xaricdən gətirilən kartofun kiloqramı 60-90 qəpiyə təklif edilir.

Ekspert deyir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət olunur. Amma kartofun dəyərindən dəfələrlə baha satılmasının səbəbləri izah edilmir.

V.Məhərrəmov qeyd eddi ki, təkcə kartof deyil, digər kənd təsərrüfatı məhsullarının idxalında da artım var. Hətta bəzi məhsullara olan tələbat idxalın hesabına ödənilir: “Bu ilin 8 ayında meyvə-tərəvəz ixracı 2,69 faiz azalıb. Əvəzində isə eyni qrupa aid olan məhsulların idxal dəyəri 146 faizdən çox artıb. Keçən ilin 8 ayında ölkəyə 16,6 milyon dollarlıq meyvə-tərəvəz idxal olunduğu halda bu il 2,4 dəfə artaraq 40,9 milyon dollar təşkil edib. Yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 317 faiz artıb. Keçən ilin analoji dövründə bu qrupdan olan malın idxal dəyəri 6,2 milyon dollar olduğu halda bu il 4,3 dəfə artaraq 26,6 milyon dollar təşkil edib.

Digər mal qrupları üzrə də idxal artımı var. Məsələn, yeməli meyvəköklülər və kök yumruları 43 faiz, unüyütmə-yarma sənayesi məhsullarından səməni, nişastalar, inulin, buğda kleykovinası 15,81 faiz, yeyinti sənayesinin qalıqları və tullantılarından heyvanlar üçün hazır yemlər 3,28 faiz, müxtəlif ərzaq məhsulları 35,53 faiz, zülal tərkibli maddələrdən modifikasiya olunmuş nişastalar, yapışqanlar, fermentlər 4,53 faiz artıb. Ümumiyyətlə, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, Azərbaycanın ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını idxaldan aslı vəziyyətdədir. Daxili bazarda özünə yer tapa bilməyən yerli məhsul isə bazarlardan sıxışdırılaraq çıxarılır. Elə buna görə də kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil azalır”.

Həmçinin oxuyun

Fuad Qəhrəmanlının ailə üzvlərinə zorakılıq etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, …

Bir cavab yazın