Bazar ertəsi , İyun 1 2020
Ana səhifə / Kriminal / 58 qəpiyə başa gələn toyuq əti niyə 3-4 manata satılır?!

58 qəpiyə başa gələn toyuq əti niyə 3-4 manata satılır?!

Ötən il Azərbaycana 6 milyon dollarlıq toyuq əti gətirilib. Maraqlıdır ki, toyuq ətinin 1 kiloqramı 58 qəpiyə başa gəlib.

Bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmovun sözlərinə görə, ötən il ölkəyə 6 milyon dollar dəyərində olan, hissələrə ayrılmış 8,1 min ton toyuq əti idxal olunub. Amma 58 qəpiyə başa gələn toyuq əti dəyərindən 5 dəfə baha satılıb.

Bundan başqa, ölkəyə hissələrə ayrılmamış 1004 ton toyuq əti də gətirilib (842 min dollarlıq). Bu qrupa aid olan malın 1 kiloqramının idxal dəyəri isə 66 qəpik təşkil edib. Lakin 66 qəpiyə olan toyuq əti də satışa dəyərindən 4-5 dəfə baha çıxarılıb.

Ekspert deyir ki, xaricdən gətirilmiş toyuq məmulatlarının alıcıları əsasən əhalinin kasıb, imkansız təbəqəsidir. Buna baxmayaraq iş adamları və bəzi məmurlar qiymətləri dəfələrlə şişirdir.

Qeyd edək ki, xaricdən gətirilən və 1 kiloqramı 4-6 qəpiyə başa gələn kartoflar isə yerli bazarda 60-90 qəpiyə satılır.

Həmçinin oxuyun

Azərbaycanda bankla məhkəmənin sensasion fırıldağının sübutu

Azərbaycanda məhkəmə və bankın vətəndaşı aldatmasının yeni təfərrüatları üzə çıxıb. Xəbər verdiyimiz kimi, məhkəmə vətəndaşın …

Bir cavab yazın