Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Kriminal / 5 yaşlı uşağa işgəncə verən ana və sevgilisi saxlanıldı

5 yaşlı uşağa işgəncə verən ana və sevgilisi saxlanıldı

Bakıda narkotikin təsiri altında 5 yaşlı uşağa işgəncə verən anası Səadət Xasməmmədova və onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayan Kamran Tağıyev saxlanılıb.

Məlumata görə, S.Xasməmmədova və K.Tağıyev Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

1996-cı ildə Xaçmaz rayonunda anadan olan S. Xasməmmədova daha əvvəl Binə qəsəbəsində Mehriban Qonşular küçəsi fərdi evdə yaşayıb. Həmin zaman narkotik vasitə aludəçisi olmaqla yüngül həyat tərzi keçirib.

Bu ilin mart ayından iyun ayına kimi Kamran Tağıyevlə birgə Xətai rayonu Naximov küçəsində kirayədə yaşayıb.

İyulun 13-də Hövsan qəsəbəsi Qum adası adlanan ərazidə yerləşən yaşadıqları evdə narkotik vasitələrin təsiri altında səbəbsiz yerə S. Xasməmmədovanın doğma oğlu 2016-cı il təvəllüdlü Abdulov Cahid Elman oğlunun köməksiz vəziyyətindən edərək mütəmadi olaraq döyüb hər iki qulağını sındırıb, hər iki yanağını və dilini dişlərilə dişləyib xəsarət yetirib, çəkdikləri siqareti yanılı vəziyyətdə onun qollarına, bədəninin müxtəlif nahiyyələrinə basaraq güclü fiziki ağrı və psixi iztirablarla əzab veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qafqazinfo

Həmçinin oxuyun

Rövşən Əkbərovun daha bir cinayəti üzə çıxdı

Həbsdə olan general Rövşən Əkbərovun əməlləri barədə yeni faktlar ortaya çıxıb. Onun haqqında başqa bir …